SON XƏBƏRLƏR

İnternet istifadəçiləri: beynəlxalq internet kəsildiyi halda paketlər daha tez bitir

2026.01.21, 18:59
İnternet istifadəçiləri: beynəlxalq internet kəsildiyi halda paketlər daha tez bitir

Gunaz.tv

Son günlər sosial şəbəkələrdə və yerli qruplarda yayılan məlumatlara görə, mobil internet istifadəçiləri “Hamrah Aval” və “İrancell” kimi operatorları internet trafikinin real istehlakdan artıq hesablanmasında ittiham edirlər.

İstifadəçilərin bildirdiyinə görə, beynəlxalq internetin kəsildiyi və ya ciddi şəkildə məhdudlaşdırıldığı dövrlərdə internet istifadəsi əhəmiyyətli dərəcədə azalmalı olduğu halda, paketlər daha sürətlə tükənir. Halbuki bu cür hallarda internet istehlakının azı 70 faiz azalması gözlənilir.

İstifadəçilər qeyd edirlər ki, daxili servislərin bir hissəsi yarımqiymətə, bəziləri isə pulsuz təqdim olunur və əksər insanlar bu servislərdən geniş istifadə etmir. Buna baxmayaraq, internet paketləri qeyri-adi sürətlə bitir.

Hamrah Aval və İrancell istifadəçiləri operatorları “internet trafiki üzərindən hökumət səviyyəsində oğurluq” etməkdə ittiham edir və bildirirlər ki, şəffaflığın və nəzarətin olmaması bu vəziyyəti daha da dərinləşdirir.

Bəzi istifadəçilərin fikrincə, internet məhdudiyyətləri səbəbilə paket satışlarının azalması operatorları gəlir itkisini kompensasiya etmək üçün insanların internet istifadəsini real göstəricidən artıq hesablamaya sövq edib. Operatorlar isə bu iddialara indiyədək aydın və rəsmi cavab verməyiblər.

Bu narazılıqlar İran hökuməti tərəfindən tətbiq edilən internet məhdudiyyətlərinin insanların məlumat alma və ünsiyyət hüququnu ciddi şəkildə məhdudlaşdırdığı bir vaxtda gündəmə gəlib və insanlar üzərində əlavə iqtisadi təzyiq yaradır.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar