SON XƏBƏRLƏR

İranda iki gündə 30 min nəfər öldürülüb

2026.01.25, 12:39
İranda iki gündə 30 min nəfər öldürülüb

İran Səhiyyə Nazirliyinin iki yüksək rütbəli əməkdaşı yanvarın 8 və 9-da bir neçə şəhərdə 30 min etirazçının öldürüldüyünü bildiriblər.

Gunaz.tv

Bu barədə "Tayme" nəşri məlumat yayıb.

"Qətllər o qədər şiddətli olub ki, hökumətin cəsədləri daşımaq və dəfn etmək iqtidarında olmayıb, hətta cəsəd torbaları da tükənib",- mənbələr bildiriblər.

"Time" qəzeti rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilməsə də, qeyd olunan rəqəmlər həkimlər və təcili tibbi yardım işçiləri tərəfindən gizli şəkildə toplanan məlumatlarla uyğun gəlir.

Qeyd edək ki, İran rəsmi olaraq öldürülənlərin sayının 3117 nəfər olduğunu iddia etsə də, insan haqları təşkilatı isə ölü sayının 30 mindən çox olduğuna dair məlumatlar yayıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar