SON XƏBƏRLƏR

Hakan Fidan İrandakı vəziyyəti dəyərləndirdi: Region yeni müharibə istəmir

2026.01.25, 13:26
Hakan Fidan İrandakı vəziyyəti dəyərləndirdi: Region yeni müharibə istəmir

Gunaz.tv

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda baş verən son hadisələrlə bağlı açıqlama verərək bildirib ki, bu ölkə ciddi iqtisadi böhran dövründən keçir.

Fidanın sözlərinə görə, İranda xalqın iqtisadi problemlərə qarşı göstərdiyi reaksiyanı avtomatik şəkildə rejimə qarşı siyasi etiraz kimi qiymətləndirmək hər zaman doğru analiz deyil. O vurğulayıb ki, etirazlar realdır, lakin onların nəticələri bəzi dairələrin gözlədiyi kimi olmaya bilər.

Türkiyə xarici işlər naziri qeyd edib ki, region ölkələri yeni bir müharibənin baş verməsini istəmir: “Biz bölgə xalqı olaraq yeni müharibə istəmirik.”

O, həmçinin ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi ilə bağlı yayılan xəbərlərin regional səviyyədə ciddi narahatlıq yaratdığını bildirib: “ABŞ-ın İrana hücum edəcəyi deyilən gecə çox sıx telefon danışıqları oldu. Ümid edirəm ki, İran bu vəziyyətdən çıxış yolu tapa biləcək.”

Fidan əlavə edib ki, İsrailin İrana qarşı mümkün hücum planları ilə bağlı müəyyən əlamətlər mövcuddur və bu, Yaxın Şərqdə təhlükəli gərginliyə yol aça bilər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar