SON XƏBƏRLƏR

İnternet kəsintisi iranlılara yüz milyonlarla dollar ziyan vurub

2026.01.26, 09:53
İnternet kəsintisi iranlılara yüz milyonlarla dollar ziyan vurub

İranda yanvarın 8-dən başlayan etirazlardan sonra internet bağlantısının kəsilməsi ölkə iqtisadiyyatına ciddi zərər vurur.

Gunaz.tv

Ekspertlərin hesablamalarına görə, gündəlik birbaşa iqtisadi itkilər təxminən 20,6 milyon ABŞ dolları təşkil edir.

İranın Kompüter Mühəndisləri və İT Sektoru Peşə Təşkilatının sədri Əli Həkimcəvadi bildirib ki, ən böyük itkilər fəaliyyəti birbaşa internetə bağlı olan rəqəmsal bizneslərə və informasiya xidmətləri göstərən şirkətlərə dəyir. Bir çox şirkətin fəaliyyəti zəifləyib, bəziləri isə işini tamamilə dayandırıb.

İran Ticarət Palatasının məlumatına görə, iş adamları və tacirlər internetlə işləməkdə ciddi çətinliklərlə üzləşməkdə davam edirlər. Xaricdəki tərəfdaşlar və müştərilərlə əlaqələrin məhdudlaşması ticarətin bir hissəsinin dayanmasına gətirib çıxarıb.

Qeyd edək ki, milli valyutanın ucuzlaşması və iqtisadi çətinliklər fonunda başlayan etirazlardan sonra ölkədə internet artıq təxminən 18 gündür ki, kəsilib. 

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar