SON XƏBƏRLƏR

ABŞ hansısa xüsusi şəxsi dəstəkləmir - ABŞ səfiri

2026.01.26, 16:49
ABŞ hansısa xüsusi şəxsi dəstəkləmir - ABŞ səfiri

Mənim Belçikanın paytaxtı Brüsseldə iranlıların aksiyasına qoulub və çıxış etməyim ancaq öldürülən etirazçılara görə həmrəylik məqsədi ilə olub.

Gunaz.tv

Bunu ABŞ-nin Belçikadakı səfiri Bil Vayt özünün X hesabında yazıb.

“ABŞ-ın Belçikadakı səfiri olaraq, ABŞ İran xalqının daha yaxşı gələcək üçün iradəsini dəstəklədiyini bildirirəm. Bir çox xaricdə olan müxalifət nümayəndəsi ilə əlaqə saxlasaq da, Prezidentin də dediyi kimi, ABŞ-ın Rza Pəhləvini və ya hər hansı bir konkret müxalifət liderini xüsusi olaraq dəstəkləmədiyini bildirmək istəyirəm. Bunun əvəzinə, biz İran xalqının özləri və ailələri üçün daha yaxşı gələcək uğrunda iradəsini ürəkdən dəstəkləyirik”,- səfir əlavə edib.

Qeyd edək ki, dünən Brüsseldə keçirilən aksiyaya ABŞ səfiri də qoşulub. Rza Pəhləviyə yaxın media qurumları isə iddia ediblər ki, bu ABŞ-nin Pəhləvini İranın gələcək rəhbəri kimi qəbul etməsinə dəlalət edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar