SON XƏBƏRLƏR

Dünya yarışları ərəfəsində: İran milli güləşçiləri Zaqreb turnirindən kənarlaşdırıldı

2026.01.27, 07:37
Dünya yarışları ərəfəsində: İran milli güləşçiləri Zaqreb turnirindən kənarlaşdırıldı

Kroatiya viza vermədi və Beynəlxalq Güləş İttifaqı (UWW) İran milli güləşçilərinin adlarını Kroatİyada keçiriləcək renkinq yarışlarının siyahısından çıxarıb.

Gunaz.tv

İdman mediasında yayımlanan məlumatlara görə, viza verilməməsi səbəbindən güləşçilərin turnirdə iştirakı mümkün olmayıb və onların adları rəsmi siyahıdan silinib.

Bu yarışlar 4 fevral tarixindən etibarən Zaqreb şəhərində keçiriləcək. Bəzi mənbələr yazır ki, Güləş Federasiyası son həftələrdə viza probleminin həlli üçün diplomatik qurumlarla danışıqlar aparıb, lakin bu səylər hələlik nəticə verməyib.

İndiyədək Kroatiya hökuməti, Beynəlxalq Güləş İttifaqı (UWW) və ya Güləş Federasiyası tərəfindən vizanın verilməməsinin səbəbi ilə bağlı hər hansı rəsmi açıqlama yayılmayıb. Bəzi media orqanları isə “xarici əlaqələrdə gərgin mühit”i bu durumun dolayı amili kimi göstəriblər.

Yarışların ilkin siyahısında Həsən Yəzdaninin də adı yer almışdı. İdman mediası bu durumu İran güləş komandasının qitə və dünya yarışlarına hazırlıq prosesinə ciddi zərbə kimi qiymətləndirir.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar