SON XƏBƏRLƏR

Azərbaycan türkü Sadiq Əlinejad Tehranda keçirilən etirazlar zamanı qətlə yetirilib

2026.01.27, 11:39
Azərbaycan türkü Sadiq Əlinejad Tehranda keçirilən etirazlar zamanı qətlə yetirilib

Şərqi Azərbaycan əyalətinin Sarsakand (Həştrud)şəhərinin sakini olan 34 yaşlı Sadiq Əlinejad 8 yanvarda Tehranda keçirilən etirazlar zamanı İran rejiminin qüvvələri tərəfindən birbaşa atəş açılaraq qətlə yetirilib.

Gunaz.tv

Ərk Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin məlumatına görə, Sadiq Əlinejad etirazlar zamanı birbaşa atəşə tutulub və aldığı yaralardan ölüb. Atışmanın dəqiq yeri və cəsədinin daşınma üsulu ilə bağlı təfərrüatlar hələ rəsmi olaraq açıqlanmayıb və təhlükəsizlik orqanları bu hadisə ilə bağlı dəqiq bir izahat verməyib.

Sadiq Əlinejadın xalq etirazlarını yatırmaq kontekstində öldürülməsi silahsız vətəndaşlara qarşı qanunsuz odlu silah istifadəsinin başqa bir nümunəsidir; beynəlxalq insan hüquqları qanunlarına görə, bu hərəkət yaşamaq hüququnun açıq şəkildə pozulması və məhkəməsiz qətl nümunəsidir. Məlumatlarda həmçinin ailəyə məhdudiyyətlərinin tətbiq edildiyi və dəfn mərasiminin rejim qüvvələrinin nəzarəti altında keçirildiyi göstərilir.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar