SON XƏBƏRLƏR

Məşhur türkmən motosikletçi qız Diana Bahadur təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb

2026.01.27, 11:46
Məşhur türkmən motosikletçi qız Diana Bahadur təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb

Qonbad Kavusdan olan 19 yaşlı türkmən qızı Diana Bahadur 9 yanvar 2026-cı ildə İran rejimi qüvvələri tərəfindən Gürganda açılan atəş nəticəsində öldürülüb.

Gunaz.tv

Diana Bahadur fərqli üslubları və super motosiklet sürmək və idarə etmək bacarığı ilə məşhurlaşan motosikletçi qızı idi.

Məlumatlı mənbələrə görə, Diana 9 yanvar tarixində gecə yarısı iki güllə ilə öldürülüb və ailəsi iki günlük axtarışdan sonra 11 yanvarda onun cəsədini ala bilib.

Yayılan məlumatlara görə, Türkmənsəhranın Gürgan şəhərində təhlükəsizlik qüvvələri etirazları yatırmaq üçün pulemyot kimi ağır silahlardan istifadə ediblər.

Qeyd edək ki, Türkmən qızının ailəsi kəşfiyyat və təhlükəsizlik orqanlarının güclü təzyiqi altındadır. Məsələ ilə tanış olan şəxsin sözlərinə görə, Diananın dəfn mərasimi gizli saxlanılıb və onlara sosial mediada qızlarının hökumət tərəfindən öldürüldüyü xəbərini təkzib etmək tapşırılıb.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar