SON XƏBƏRLƏR

İran Miyanma müsəlmanlarının öldürülməsinə dəstək verib

2026.01.27, 15:43
İran Miyanma müsəlmanlarının öldürülməsinə dəstək verib

İslam Respublikası 2024-cü ilin oktyabrından 2025-ci ilin dekabrına qədər məktəblər və xəstəxanalar da daxil olmaqla mindən çox mülki obyekti qanunsuz olaraq hədəf alınmasında dolayı yolla iştirak edib.

Gunaz.tv

Bu abrədə "Reuters" agentliyinin ətraflı araşdırmasında bildirilib.

Bildirilib ki, Tehran rejimi külli miqdarda reaktiv yanacaq və karbamid göndərməklə Myanma ordusunun mülki şəxslərə qarşı hava bombardmanı kampaniyasının güclənməsində əsas rol oynayıb.

Gəmiçilik sənədlərinə, peyk görüntülərinə və kəşfiyyat şirkəti SynMax-ın təhlillərinə görə, İran iki Reef və Noble
tankeri, İrandan Myanmaya doqquz göndərişdə təxminən 175.000 ton yanacaq daşıyıb.

Gəmilərin yerini saxtalaşdırmaq və Qərb sanksiyalarından yayınmaqla daşınan yanacaq, Myanma ordusunun hava hücumlarının kəskin artmasına səbəb olub.

İran yüklərinin çatdırılmasından sonra mülki hədəflərə hava hücumlarının sayı ikiqat artıb və ən azı 1728 mülki şəxs həyatını itirib.

İslam Respublikası həmçininMiyanmaya gübrəyə bənzəyən, ancaq Myanmada dronlarda və partlayıcı paraşütlərdə istifadə edilən sursat və bombaların hazırlanmasında istifadə edilən yüz minlərlə ton karbamid ixrac edib.

Myanmadan olan iki keçmiş hərbçi karbamidin birbaşa silah fabriklərində istifadə olunduğunu təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl BMT-nin Myanmada insan haqları üzrə xüsusi məruzəçisi İrandan gələn yanacaq yüklərini "geniş yayılmış cinayətlərə birbaşa təkan verən" adlandırıb və Tehranın məsuliyyətə cəlb olunmasını tələb edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar