SON XƏBƏRLƏR

NetBlocks bəzi şəbəkələrin məhdud şəkildə yenidən əlçatan olduğunu bildirib

2026.01.28, 10:39
NetBlocks bəzi şəbəkələrin məhdud şəkildə yenidən əlçatan olduğunu bildirib

internet kəsintisi İran iqtisadiyyatına hər gün milyonlarla dollar zərər verir.

Gunaz.tv

İnternetə ümumdünya çıxışı nəzarət edən NetBlocks təşkilatı bildirib ki, İran daxilində geniş miqyaslı internet məhdudiyyətlərinin iyirminci gününə yaxınlaşdıqca, bəzi onlayn şəbəkələrə məhdud və qismən qlobal səviyyədə giriş bərpa olunub.

Lakin hesabatlara görə, çoxlu sayda veb-sayt hələ də bloklanmış vəziyyətdədir və istifadəçilər şəbəkə vasitələrinə (VPN və s.) müraciət etmədən onlara sabit və tam çıxış əldə edə bilmirlər.

Bu arada, İran rabitə naziri internet kəsintisinin ağır iqtisadi təsirindən danışıb. Səttar Həşimi bildirib ki, «son kəsintilər hər gün təxminən 500 milyard tümən dijital iqtisadiyyatın mərkəzinə və ümumi iqtisadiyyata təxminən 5 min milyard tümən zərər vurub».

Mütəxəssislər bu vəziyyətin davam etməsinin onlayn bizneslər və rəqəmsal xidmətlər üçün ciddi çətinliklər yarada biləcəyini vurğulayırlar.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar