SON XƏBƏRLƏR

İranda daha iki bəluc öldürülüb

2026.01.28, 10:59
İranda daha iki bəluc öldürülüb

İran silahlı qüvvələri Sistan və Bəlucistan əyalətinin Saravan bölgəsində iki qardaşı güllələyərək öldürüb.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, 20 yaşlı Yasir Siyahani və 16 yaşlı Nadir Siyahaniyə əvvəlcədən xəbərdarlıq edilmədən atəş açılıb.

Hadisənin səbəbi və təfərrüatı barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2025-ci ildə 193 etnik bəluc hökumət qüvələrinin atəşi nəticəsində həlak olub, 100 nəfər isə yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar