SON XƏBƏRLƏR

ABŞ-dən üç sabiq Sepah üzvünün çıxarılması; Vaşinqton və Tehran arasında gərginlik artdı

2026.01.28, 12:51
ABŞ-dən üç sabiq Sepah üzvünün çıxarılması; Vaşinqton və Tehran arasında gərginlik artdı

Gunaz.tv

ABŞ Daxili Təhlükəsizlik Departamenti üç iranlı vətəndaşı — Məhəmməd Mehrani (sol), Ehsan Xaledi (orta) və Morteza Nəsiri — ölkədən çıxarıb. Nazirliyin bildirdiyinə görə, bu şəxslərin İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) ilə əlaqələri olub.

Bu qurumun açıqlamasına əsasən, həmin şəxslərin terror fəaliyyəti ilə əlaqəli fəaliyyətlərlə bağlantıları mövcud olub.

Fox News-un hesabatına görə, bu addım Vaşinqton və İran hökuməti arasında siyasi və təhlükəsizlik gərginliyinin son həftələrdə daha həssas mərhələyə daxil olduğu bir vaxtda atılıb. ABŞ rəsmiləri bildiriblər ki, bu şəxslər təhlükəsizlik narahatlıqları və miqrasiya qanunlarının pozulması səbəbindən deportasiya prosesinə cəlb olunublar.

Bu xəbər ABŞ-ın Yaxın Şərq bölgəsində hərbi mövcudluğunu artırması və İran ətrafında hərbi gəmilərin yerləşdirilməsi ilə eyni vaxta təsadüf edir; analitiklər bunu Vaşinqtonun İran hökumətinə artan təzyiqinin bir hissəsi kimi qiymətləndirirlər.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar