SON XƏBƏRLƏR

Abbas Əraqçı Türkiyəyə gedir

2026.01.29, 16:16
Abbas Əraqçı Türkiyəyə gedir

İranın xarici işlər naziri Abbas Əraqçı sabah yanvarın 30-da Türkiyəyə səfər edəcək.

Gunaz.tv

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat yayıb.

Bildirilib ki, Əraqçı türkiyəli həmkarı Hakan Fidanla görüşüb və danışıqlar aparacaq.

Bu səfər hər iki ölkənin regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi rifahın təmin edilməsində ikitərəfli münasibətlərin əhəmiyyətini vurğuladığı bir vaxta təsadüf edir.

Bununla yanaşı Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İranla bağlı üç tərəfli görüşün keçirilməsini təklif edib.

Abbas Əraqçının ABŞ-nin İrana gözlənilən hücumunun qarşısının alınması üçün Türkiyə tərəfinin vasitəçilik etməsini xahiş edəcəyi ehtimal olunur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar