SON XƏBƏRLƏR

ABŞ-ın İrana mümkün hərbi hücumunda Avstraliyanın kəşfiyyat bazasının rolu

2026.01.30, 09:39
ABŞ-ın İrana mümkün hərbi hücumunda Avstraliyanın kəşfiyyat bazasının rolu

Gunaz.tv

9News Avstraliyanın məlumatına görə, Alis-Sprinqs yaxınlığında yerləşən ABŞ və Avstraliyanın birgə idarə etdiyi, yüksək məxfi “Pine Gap” siqnal kəşfiyyatı bazası ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı halında əsas rol oynaya bilər.

Hesabatda bildirilir ki, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafında gərginlik artmaqdadır. Bu fondda Pentaqon Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir, müxtəlif hərbi sistemlərin yerləşdirilməsi ilə mümkün böhran ssenarilərinə hazırlaşır.

Müdafiə üzrə ekspertlər vurğulayırlar ki, “Pine Gap” bazasının raketlərin erkən xəbərdarlığı və hərbi siqnalların izlənməsi sahəsindəki rolu, İranın ABŞ-ın mümkün hücumuna cavab verməsi halında həyati əhəmiyyət daşıya bilər.

ABŞ və Avstraliya tərəfindən birgə idarə olunan bu kəşfiyyat obyekti təkcə raket təhlükələrinin müəyyənləşdirilməsi deyil, həm də mümkün hərbi əməliyyatların planlaşdırılması prosesində mühüm rol oynayır.

Analitiklər xəbərdarlıq edirlər ki, belə bir mexanizmin aktivləşməsi böhranın coğrafiyasını genişləndirə və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar