SON XƏBƏRLƏR

Araqçi Türkiyədə: “Danışıqlara yenidən başlamağa hazırıq”

2026.01.30, 16:45
Araqçi Türkiyədə: “Danışıqlara yenidən başlamağa hazırıq”

İran hökuməti nüvə müzakirələrinə qayıtmaq istədiyini açıqladı.

Gunaz.tv

İran hökumətinin xarici işlər naziri Abbas Araqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Tehran nüvə danışıqlarına yenidən başlamağa hazırdır.

Araqçinin sözlərinə görə, İran hökuməti heç vaxt nüvə silahı əldə etməyi hədəfləməyib və bu cür silahların ölkənin təhlükəsizlik hesablamalarında yeri yoxdur. O, nüvə proqramının sülhməramlı xarakter daşıdığını vurğulayaraq, bu istiqamətdə etimadın artırılmasına hər zaman açıq olduqlarını qeyd edib.

Nazir əlavə edib ki, Tehran danışıqlara yalnız bərabər mövqedən, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında, ədalətli və şəffaf formatda aparıldığı təqdirdə qatılmağa hazırdır.

Mətbuat konfransında tərəflər regional proseslər və Türkiyə–İran əlaqələrinin gələcək perspektivlərini də müzakirə ediblər.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar