SON XƏBƏRLƏR

Tehran nüvə silahlı əldə etməmək barədə razılaşmaya hazırdı - Əraqçı

2026.01.31, 11:23
Tehran nüvə silahlı əldə etməmək barədə razılaşmaya hazırdı - Əraqçı

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın sanksiyaların qaldırılması müqabilində İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verən bir razılaşmanı qəbul etməyə hazır olduğunu açıqladı.

Gunaz.tv

O, bu barədə bu gün özünün X hesabında paylaşım edib.

"İranın regional təhlükəsizlik və sabitliyi qorumaq üçün region ölkələri ilə əlaqə qurmağa və əməkdaşlığa hazırdır",- nazir bildirib.

Bir gün əvvəl İstanbula səfər edən İranın xarici işlər naziri əlavə etdi ki, Tehran Türkiyənin regionda sülh və sabitliyi gücləndirmək səylərini alqışlayır.

Əraqçi əvvəllər mövcud vəziyyətdə ABŞ ilə danışıqlar üçün ciddi bir əsas olmadığını bildirmişdi. 

"CNN Turk"-ə verdiyi müsahibədə o, İranın dialoqa və diplomatiyaya üstünlük verdiyini, ancaq hər hansı bir real danışıqlara başlamazdan əvvəl təhdid və təzyiq atmosferinin aradan qaldırılmalı olduğunu vurğulamışdı.

Əraqçının bu günkü paylaşımı isə İranın ABŞ təhdid və təzyiqləri qarşısında bir addım geri atması kimi dəyətləndirilir.

GnüazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar