SON XƏBƏRLƏR

Sakin: Bəndər Abbasdakı partlayan binada qaz xətti olmayıb - VİDEO

2026.01.31, 18:48
Sakin: Bəndər Abbasdakı partlayan binada qaz xətti olmayıb - VİDEO

Bəndər Abbasda baş verən partlayışda zərər çəkmiş binanın qaz şəbəkəsinə qoşulmadığını deyən sakin, hadisəni qaz partlayışı ilə əlaqələndirən bəzi İran medialarının xəbərlərini təkzib edib.

Gunaz.tv

Partlayışdan sonra paylaşılan videoda sakin binaya heç vaxt qaz borusu quraşdırılmadığını bildirib. Dövlət mediası daha sonra hadisənin səbəbinin araşdırıldığını bildirib.

Hormozqan qubernatorluğunun böhran idarəsinin rəhbəri partlayış nəticəsində 14 nəfərin yaralandığını və bir nəfərin öldüyünü bildirib.

Bəzi xəbərlərdə partlayış nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Təngsirinin öldüyü bildirilir, SEPAH-ın ictimaiyyətlə əlaqələr ofisi isə bunu təkzib edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar