SON XƏBƏRLƏR

Bəndər Abbas partlayışı ilə bağlı Omanın rəsmi bəyanatı müzakirələrə səbəb oldu

2026.02.01, 13:49
Bəndər Abbas partlayışı ilə bağlı Omanın rəsmi bəyanatı müzakirələrə səbəb oldu

Gunaz.tv

Oman Xarici İşlər Nazirliyi şənbə günü, 31 Yanvar tarixində Bəndər Abbas şəhərində baş verən ölümcül partlayışla bağlı rəsmi bəyanat yayaraq başsağlığı verib. Bu addım sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Bəyanatda deyilir: “Oman Sultanlığının Xarici İşlər Nazirliyi İran ərazisində yaşayan xalq və Bəndər Abbas şəhərində, Hörmüzqan vilayətində baş verən partlayışın qurbanlarının ailələri ilə səmimi başsağlığı və dərin hüznünü bölüşür, yaralılara tezliklə şəfa arzulayır.”

Bu mövqe, hakimiyyətin hadisənin səbəbini şəhər qaz xəttində baş verən sızma kimi açıqladığı bir vaxtda səsləndirilib. Eyni zamanda, sosial media istifadəçiləri Omanın Vaşinqton ilə Tehran arasında vasitəçi roluna diqqət çəkərək, bu diplomatik başsağlığının siyasi mesajları barədə suallar qaldırırlar.

Bir çox istifadəçi bildirir ki, iki nəfərin həlak olduğu bildirilən “qaz sızması nəticəsində baş verən partlayış” üçün rəsmi başsağlığı verilməsi diqqət çəkir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar