SON XƏBƏRLƏR

Ankara diplomatiyanın mərkəzində: İran və ABŞ arasında birbaşa görüş ehtimalı

2026.02.02, 06:19
Ankara diplomatiyanın mərkəzində: İran və ABŞ arasında birbaşa görüş ehtimalı

Gunaz.tv

Beynəlxalq media qurumlarının Amerikanın Axios portalına istinadən yaydığı məlumata görə, Türkiyə, Misir və Qətər ABŞ ilə İran arasında diplomatik görüşün təşkili üçün danışıqlar aparır. Məlumata əsasən, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkof ilə İranın yüksək vəzifəli rəsmiləri arasında görüşün bu həftənin sonuna doğru Ankarada keçirilməsi planlaşdırılır.

İki regional mənbə Axios-a bildirib ki, bu proses “irəliləyir” və vasitəçi ölkələr “görüşün baş tutması üçün bütün səylərini göstərir”. Bu təşəbbüsün əsas məqsədi Vaşinqton və Tehran arasında artan gərginliyin azaldılması və bölgədə mümkün hərbi qarşıdurmanın qarşısının alınması üçün yeni diplomatik kanalın açılmasıdır.

Amerikalı bir rəsmi də görüşün yaxın günlərdə Türkiyədə baş tutma ehtimalını təsdiqləyib.

Bu proses tərəflər arasında gərginliyin artdığı bir dövrdə bölgə ölkələrinin vasitəçilik rolunun gücləndiyini göstərir

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar