SON XƏBƏRLƏR

İsrail Lübnanın cənubunda Hizbullah terrorçusunu məhv etdi

2026.02.02, 06:51
İsrail Lübnanın cənubunda Hizbullah terrorçusunu məhv etdi

Hizbullah terrorçusu Əli Davud Amis Lübnanın cənubundakı Əl-Düveyr şəhərində İsrail Hava Qüvvələri tərəfindən məhv edilib.

Gunaz.tv

İsrail Müdafiə Qüvvələri (IDF) açıqlamasında bildirib ki, Hizbullahın “atəşkəs razılaşmasını dəfələrlə pozmasına” cavab olaraq bölgədə hərbi əməliyyat həyata keçirilib və həmin şəxs hədəf alınıb.

Rəsmi bəyanata görə, öldürülən üzv bu ərazidə Hizbullahın hərbi infrastrukturunun bərpası ilə məşğul olurdu və əməliyyat mümkün təhlükənin aradan qaldırılması məqsədi daşıyıb.

IDF həmçinin əlavə edib ki, eyni əməliyyat çərçivəsində bölgədə Hizbullaha məxsus bir neçə mühəndislik nəqliyyat vasitəsi də vurulub.

Bəyanatda həlak olan şəxsin adı birbaşa qeyd edilməsə də, İsrail ordusu təhlükə hesab edilən fəaliyyətlərə qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar