SON XƏBƏRLƏR

Qraham: “İranla artıq anlaşma yeri deyil”

2026.02.02, 10:57
Qraham: “İranla artıq anlaşma yeri deyil”

Gunaz.tv

ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham “FoxNews” kanalına müsahibəsində İrandakı prosesləri Donald Trampın prezidentliyi dövründə “həlledici an” kimi dəyərləndirib.

O, etirazlar bitdikdən sonra İran hökuməti yerində qalarsa, bölgənin “onilliklər boyu xaosla” üz-üzə qalacağı barədə xəbərdarlıq edib.

İran və ABŞ rəsmiləri arasında mümkün danışıqlarla bağlı xəbərlərin fonunda Qraham Trampı hökumətlə danışıqlar aparmaq əvəzinə “İran hökumətinin devrilməsini hədəfləməyə” çağırıb.

Trampın etirazçılara dəstək mövqeyinə toxunan senator bildirib ki, ABŞ prezidenti insanlara “kömək yoldadır” və bu vədin indi həyata keçirilməsi lazımdır.

Qraham Trampı Ronald Reyqanla müqayisə edərək vurğulayıb ki, Reyqanın Berlin divarının dağılmasını istədiyi kimi, bu gün də, onun sözlərinə görə, “İran hökuməti ilə anlaşma yeri deyil”.

Senator əlavə edib ki, etirazçılar daha yaxşı nüvə sazişi deyil, “daha yaxşı həyat” tələb edirlər və Vaşinqtonun Tehrana qarşı daha sərt mövqe tutmasını istəyirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar