SON XƏBƏRLƏR

Tokayev Pakistana dövlət səfəri edəcək

2026.02.02, 11:24
Tokayev Pakistana dövlət səfəri edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 3-4 fevral tarixlərində Pakistana dövlət səfəri edəcək.

Gunaz.tv

Bu barədə "Akorda"nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif və ölkə prezidenti Asif Əli Zərdari ilə danışıqlar aparılacaq. Görüşlər zamanı siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

Tokayevin Qazaxıstan-Pakistan biznes forumunun işində iştirakı da gözlənilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar