SON XƏBƏRLƏR

Öldürülənlərin sayının 36 min nəfər olması mümkündür - Hüquq müdafiəçisi

2026.02.04, 13:46
Öldürülənlərin sayının 36 min nəfər olması mümkündür - Hüquq müdafiəçisi

İnternet ksintisi və hökumətin qurbanların ailələrinə təzyiqi səbəbindən ötən il dekabr ayının 28-dən başlayan etiraz aksiyalarında öldürülənlərin sayının dəqiqləşdirilməsi çətin olsa da, bu istiqamətdə araşdırmalar davam etdirilir.

Gunaz.tv

Bunu "İran İnsan Haqları Təşkilatı" və "İrandakı İnsan Haqları Fəalları Xəbər Agentliyi"nin məsulları deyiblər.

İran İnsan Haqları Təşkilatının başçısı Mahmud Əmiri Müqəddəm bildirib ki, bu günə kimiolan araşdırmalar və əldə edilən məlumatlar etirazçılara qarşı amansız repressiyalardan və misli görünməmiş qətliamdan xəbər verir.

O, öldürülənlərin sayı barədə yeni məlumatlar aldıqlarını bildirsə də, bu günə kimi olan statistikanın qurbanların tam siyahısını əhatə etmədiyini söyləyib.

Əmiri Müqqəddəm əlavə edib ki, bəzi media orqanlarında dərc olunan və 36 mindən çox insanın öldürüldüyünü bildirən məlumatlar real görünür.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar