SON XƏBƏRLƏR

Tramp: İranın ali rəhbəri “çox narahat olmalıdır”

2026.02.05, 01:58
Tramp: İranın ali rəhbəri “çox narahat olmalıdır”

ABŞ prezidenti Donald Tramp Vaşinqton ilə Tehran arasında gərginliyin artdığı bir vaxtda bildirib ki, İranın ali rəhbəri mövcud şəraitdə “çox narahat olmalıdır”.

Gunaz.tv

Tramp "NBC Nightly News" proqramının aparıcısı Tom Llamas ilə müsahibəsində, İranın ali rəhbəri Ayətullah Əli Xameneinin ABŞ-ın təhdidlərindən narahat olub-olmaması ilə bağlı suala cavab verərək deyib: “Hə, çox narahat olmalıdır. Bildiyiniz kimi, onlar bizimlə danışıqlar aparırlar.”

Müsahibənin davamında Llamas İranda minlərlə etirazçının öldürülməsinə işarə edərək, ABŞ-ın hələ də etirazçıların yanında olub-olmadığını soruşub. Tramp cavabında bildirib: “Biz onların yanında olmuşuq. Baxın, bu ölkə indi bizim sayəmizdə tam bir vəziyyətdədir. Biz ora girdik və onların nüvə proqramını məhv etdik.”

ABŞ prezidenti əlavə edib: “Əgər biz həmin nüvə proqramını sıradan çıxarmasaydıq, Yaxın Şərqdə heç vaxt sülh olmazdı. Çünki ərəb ölkələri bunu heç vaxt bacarmazdı. Onlar İrandan çox, çox qorxurdular. Amma indi artıq qorxmurlar.”

Tramp həmçinin Vaşinqtonun İranın uranın zənginləşdirilməsini dayandırması ilə bağlı mövqeyini bir daha vurğulayıb və xəbərdarlıq edib ki, xəbərdarlıqlar nəzərə alınmasa, ABŞ hərbi cavab verəcək.

O deyib: “Onlar yenidən həmin obyektə qayıtmağa çalışdılar, amma ora yaxınlaşa belə bilmədilər. Tamamilə məhv edilmişdi. Bununla belə, ölkənin başqa bir bölgəsində yeni bir obyekt qurmağı düşünürdülər. Biz bundan xəbər tutduq. Əgər bunu etsəniz, sizə qarşı çox pis işlər görəcəyik.”

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar