SON XƏBƏRLƏR

Tramp: Təyyarədə yatmıram ki, raketlərə və düşmənlərə diqqətim olsun!

2026.02.05, 20:57
Tramp: Təyyarədə yatmıram ki, raketlərə və düşmənlərə diqqətim olsun!

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp cümə axşamı “Milli Dua Səhər Yeməyi” mərasimində çıxışı zamanı zarafatla bildirib: “Mən təyyarədə yatmıram. Təyyarədə yatmağı sevmirəm. Bilirsiniz, pəncərədən bayıra baxmağı, raketlərə və düşmənlərə diqqət yetirməyi xoşlayıram.”

Tramp uzun müddətdir ki, "Air Force One"la uçuşlar zamanı yatmaqdan çəkinən siyasətçi kimi tanınır. Onun raketlərlə bağlı zarafatı ilk prezidentlik dövründə Birləşmiş Qərargah Rəisləri Komitəsinin indiki sədri Daniel “Razin” Keyn ilə tanışlığını və İŞİD-in məğlub edilməsi mövzusunu xatırladarkən səslənib.

Keyn 20 saatlıq səfər zamanı Tramp üçün istirahət yerinin hazırlandığını desə də, Tramp bu təklifi rədd edərək strategiyaların müzakirəsinə üstünlük verib.

Tədbirdə Tramp ikinci prezidentlik dövründə ABŞ ordusunun gücünü vurğulayıb, İran üzərinə təzyiqlərdən, hərbi donanmanın göndərilməsindən və İranın nüvə obyektlərinə zərbələrdən danışıb. O, həmçinin dini dəyərlərin və dini azadlıqların qorunmasının vacibliyini qeyd edib.

 

GünAz TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar