SON XƏBƏRLƏR

Pezeşkian Şamxanini yenidən müdafiə strukturlarının başına gətirdi

2026.02.05, 22:23
Pezeşkian Şamxanini yenidən müdafiə strukturlarının başına gətirdi

İran prezidenti Məsud Pezeşkian Əli Şamxanini Müdafiə Şurasının katibi vəzifəsinə təyin edib.

Gunaz.tv

Bu qərar, hakimiyyətin təhlükəsizlik yönümlü siyasətlərini davam etdirdiyini və köhnə, mübahisəli fiqurları yenidən ön plana çıxardığını göstərir.

Rəsmi mənbələrə görə, Şuranın əsas vəzifələri müdafiə hazırlığının gücləndirilməsi, “yeni təhdidlər”lə mübarizə və hərbi–təhlükəsizlik qurumları arasında koordinasiyanın artırılmasıdır. Lakin bu cür strukturların fəaliyyəti praktiki olaraq cəmiyyət üzərində nəzarətin və təzyiqlərin genişlənməsi ilə müşayiət olunur.

Ali rəhbərə yaxınlığı ilə tanınan Şamxani illərdir təhlükəsizlik və hərbi qərarların mərkəzində yer alır. Onun bu posta qaytarılması Pezeşkian hökumətinin dəyişiklik deyil, mövcud xəttin davamını seçdiyini göstərir.

Qısa analiz: Bu təyinat hakimiyyətin təhlükəsizlik kursundan geri çəkilmək niyyətində olmadığını açıq göstərir.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar