SON XƏBƏRLƏR

Rusiyanın kasıb bölgələri Ukrayna müharibəsində daha ağır itkilər verir

2026.02.07, 19:57
Rusiyanın kasıb bölgələri Ukrayna müharibəsində daha ağır itkilər verir

Gunaz.tv

Azadlıq Radiosunun yaydığı məlumata görə, Rusiyada yoxsulluq səviyyəsi yüksək olan regionlar Ukraynadakı müharibədə qeyri-mütənasib dərəcədə çox itki verir. 
BBC-nin rus xidməti “Mediazona” və könüllülərlə birgə apardığı araşdırmada fevralın 6-dək Ukraynada həlak olmuş 173 mindən artıq Rusiya hərbçisinin adını açıq mənbələr əsasında müəyyənləşdirib. 
Ekspertlər real itkilərin daha yüksək olduğunu bildirirlər.
“The Bell” nəşrinin təhlilinə görə, əhalisinin 15 faizindən çoxu yoxsulluq həddindən aşağı yaşayan Zabaykalye diyarında müharibədə ölmə ehtimalı Moskvaya nisbətən 15 dəfə çoxdur. 
Moskvada bu göstərici cəmi 0,02 faizdir və ölkə üzrə ən aşağı səviyyə sayılır. 
Ən yüksək ölüm payı Tuva, Çukotka və Buryatiyada qeydə alınıb. Təhlil göstərir ki, Kreml müharibənin əsas itki yükünü paytaxt və varlı regionlardan uzaq saxlamağa çalışır.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar