SON XƏBƏRLƏR

Qəzvinli xanım fəalın həyatı təhlükədədir

2026.02.10, 10:23
Qəzvinli xanım fəalın həyatı təhlükədədir

Həbsdə olan qəzvinli ictimai fəal Suri Babai Çegininin vəziyyəti barədə məlumat əldə etmək mümkün olmur.

Gunaz.tv

Bu barədə insan haqları tışkilatları məlumat yayıb.

Məlumata görə, onun ailəsi 6 yanvarda etiraz aksiyasında iştirak etdiyinə görə ağır şəkildə döyülərək həbs olunan xanım fəalın həyatından nigərandırlar.

"Suri Babai Çegini həbs olunduqdan iki gün sonra təhlükəsizlik təcridxanasından Qəzvinin Çubindər həbsxanasına köçürülüb və o gündən bu yana ağır yaralı olan məhbusun ailəsi və vəkillə əlaqə saxlamasına icazə verilmyib. Bu da, onun sağlamlığı barədə şübhə və nigəranlığın artmasına səbəb olub",- məlumatda bildirilib.

Qeyd edək ki, qəzvinli fəal bundan əvvəl də məcburi hicaba qarşı çıxdıına görə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar