SON XƏBƏRLƏR

İran Cərrahlar Cəmiyyəti tibb işçilərinə edilən hücumu pisləyir

2026.02.10, 12:15
İran Cərrahlar Cəmiyyəti tibb işçilərinə edilən hücumu pisləyir

İran Cərrahlar Cəmiyyəti yanvar ayında keçirilən etirazların yatırılması zamanı tibb işçilərinə edilən hücumu pisləyib.

Gunaz.tv

Bəyanatda deyilir: "Cərrahlar Cəmiyyəti yanvar hadisələri zamanı xəstələrə xidmət göstərərkən bir sıra səhiyyə işçilərinə edilən hücumları qətiyyətlə pisləyir."

Qeyd edək ki, hökumət rəsmiləri İranda tibb işçilərinə qarşı heç bir məhdudiyyətin olmadığını iddia edir.

Daha əvvəl İran Tibb Sisteminin Ali Şurası yanvar etirazlarının yatırılması zamanı "tibb işçilərinin fiziki, psixoloji və peşə təhlükəsizliyi ilə bağlı ciddi narahatlığını" ifadə edən bir bəyanat yaymış və müvafiq qurumları "təhdid və ya müdaxilə" hərəkətlərinin qarşısını almağa çağırmışdı.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar