SON XƏBƏRLƏR

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlığa başlayır

2026.02.10, 22:38
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlığa başlayır

Gunaz.tv

Azərbaycan və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək məqsədilə süni intellekt və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığa başlayır.
 

Bu əməkdaşlıq “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da əksini tapıb. Sənədə əsasən, tərəflər AI tərəfdaşlıqlarının inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində birgə layihələrin təşviqini planlaşdırırlar.

 

Bununla yanaşı, tədqiqat və inkişaf (R&D) platformalarının yaradılması, innovasiya körpü proqramlarının icrası və kibertəhlükəsizlik təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq texnoloji istedadların inkişafına və Azərbaycan ilə ABŞ arasında transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsinə xidmət edəcək.

 

GünAzTV

AzərTac

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar