SON XƏBƏRLƏR

Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nəticələnməsini istəyir

2026.02.11, 11:06
Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nəticələnməsini istəyir

Amerikalılar nüvə müzakirələrinin konkret həll yolu ilə nəticələnməsini istəyirlər.

Gunaz.tv

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

“Amerikalılarla danışıqlar nisbətən yaxşı davam edir. Görünür ki, onlar bu dialoqun konkret həll yolunun tapılması istiqamətində davam etməsini istəyirlər. Hələ ki, tam nəticə çıxarmaq olmaz, çünki, cəmi bir görüş olub. Danışıqların davamını izləyəcəyik”,-Laricani qeyd edib.

O əlavə edib ki, danışıqların növbəti dəfə harada və nə zaman keçirilməsi barədə qərar veriləcək.

Laricani Omana səfəri barədə danışarkən bildirib ki, səfər çox faydalı keçib və Oman rəsmiləri ilə də regional məsələlər barədə danışıqlar ümidverici xarakter daşıyır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar