SON XƏBƏRLƏR

Yanvar qırğınına cavab olaraq Evin Həbsxanasında Azərbaycanlı sənətçi Morteza Pərvin etiraz çıxışı edib

2026.02.13, 13:01
Yanvar qırğınına cavab olaraq Evin Həbsxanasında Azərbaycanlı sənətçi Morteza Pərvin etiraz çıxışı edib

Evin Həbsxanasının 7-ci bölməsinin 1-ci zalında siyasi məhbuslar etirazçıların öldürülməsinə cavab olaraq etiraz çıxışı keçiriblər.

Gunaz.tv

Eyləmdə həm siyasi, həm də qeyri-siyasi olmaqla təxminən 90 məhbus iştirak edib.

Proqram zamanı dəhliz boyunca cansız bədən formasında torbalar qoyulub və bir sıra məhbus insan həyatının dəyərsizliyinin simvolik təsvirini nümayiş etdirmək üçün könüllü olaraq bu torbaların içinə giriblər.

Etirazın bir hissəsi olaraq, Evin Həbsxanasında həbsdə olan Azərbaycanlı sənətçi və fəal Mürtəza Pərvin simvolik bədənlərin arasına böyük bir zibil torbası qoyub və hökumətin etirazçılara insan ləyaqətini görməzdən gəlməklə praktik olaraq "zibil kimi" davrandığını bildirib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar