SON XƏBƏRLƏR

BMT nümayəndəsi İrandakı repressiyalara görə narahatlığını bildirdi

2026.02.13, 14:57
BMT nümayəndəsi İrandakı repressiyalara görə narahatlığını bildirdi

BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato İslam Respublikası tərəfindən geniş yayılmış edamların mümkünlüyü ilə bağlı verdiyi açıqlamada narahatlığını bildirib.

Gunaz.tv

O, İranın məhkəmə sistemində "ədalətli məhkəmə prinsiplərinin" pozulması barədə xəbərdarlıq edib.

"Bu gün neçə nəfərin həbs olunduğunu, harada saxlanıldığını və ya hansı şəraitdə saxlanıldığını; neçə nəfər barəsin ölüm hökmü çıxarıldığını və ya artıq edam edildiyini bilmirik. Hətta neçə nəfərin öldürüldüyünü də bilmirik: rəsmi hökumət rəqəmi 3000-dən çoxdur, vətəndaş cəmiyyəti təşkilatlarının hesabatları isə daha yüksək rəqəmlər göstərir. Bu rəqəmlərin arxasında insanların həyatı dayanır",- Sato əlavə edib.

Qeyd edək ki, insan haqları təşkilatların bildirdiyinə görə, bu güə kimi öldürülən 7002 etirazçının kimlyi dəqiqləşdirilib. Qeyri-rəsmi məlumatlarda isə ölü sayının hətta 40-50 min arası olduğu iddia ounur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar