SON XƏBƏRLƏR

Sosial mediada istehza dalğası | axund Əhməd Cənnəti İran hakimiyyətinin köhnəlmiş simvolu kimi təqdim olundu

2026.02.13, 16:51
Sosial mediada istehza dalğası | axund Əhməd Cənnəti İran hakimiyyətinin köhnəlmiş simvolu kimi təqdim olundu

Gunaz.tv

Əhməd Cənnətinin fevralın 11-də keçirilən 22 Bəhmən yürüşündə iştirakı sosial şəbəkələrdə geniş müzakirə və istehza ilə arşılanıb.

əxminən 100 yaşına yaxınlaşan və hazırda Nəzarət Şurasının (Şuraye-Nigəhban) katibi olan Cənnətinin tədbirdə çətinliklə hərəkət etməsi yayılan görüntülərdə açıq şəkildə görünür.

“X” (keçmiş Twitter) və İnstaqram platformalarında çoxsaylı istifadəçilər onun iştirakını “hakimiyyətin yaşlı simaları vəzifədə saxlamaq israrı” kimi dəyərləndirib. Bəzi paylaşımlarda onun fiziki durumuna işarə edilərək, belə bir vəzifədə qalmasının sual doğurduğu bildirilib.

Bir istifadəçi yazıb ki, Cənnətinin Nəzarət Şurasında saxlanılması və yürüşə gətirilməsi “cəmiyyətə qarşı hörmətsizlikdir”. 

Bəzi istifadəçilər belə fiziki durumda olan bir şəxsin milyonlarla insanın taleyi ilə bağlı qərarların qəbulunda iştirak etməsini sual altına alıblar. Şərhlərdə onun vəzifədə qalması ölkədə siyasi sistemin köhnəlməsi və struktur problemlərinin göstəricisi kimi təqdim olunub.

Əhməd Cənnəti uzun illərdir İranın siyasi sistemində əsas fiqurlardan biri sayılır və seçkilərdə namizədlərin təsdiqi prosesində mühüm rol oynayır. Tənqidçilər onun vəzifədə qalmasını ölkədə siyasi sistemin dəyişməzliyinin və struktur köhnəlməsinin göstəricisi kimi qiymətləndirirlər.

22 Bəhmən tədbirindən yayılan görüntülər bir daha İran cəmiyyətində hakimiyyətlə yeni nəsillər arasındakı fikir ayrılığını gündəmə gətirib.

GünAzTV
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar