SON XƏBƏRLƏR

ABŞ Dövlət katibi: Çinlə dialoq aparmamaq geosiyasi baxımdan səhvdir

2026.02.14, 12:57
ABŞ Dövlət katibi: Çinlə dialoq aparmamaq geosiyasi baxımdan səhvdir

Çinlə dialoq qurmamaq geosiyasi səhv olardı.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında deyib.

“Çinlə dialoqa girməmək geosiyasi yalnış olardı. Bizim milli maraqlarımız çox vaxt üst-üstə düşmür. ABŞ hər bir ölkənin öz maraqları çərçivəsində hərəkət etməsini gözləyir, o cümlədən Çinin də. Diplomatiyanın məqsədi milli maraqlarımızın toqquşduğu zamanlarda dialoqu dinc qaydada və düzgün davam etdirməkdir”,- Rubio bildirib.

Rusiya-Ukrayna müharibəsi barədə danışan ABŞ Dövlət Katibi, Rusiyanın müharibəni bitirməklə bağlı niyyətinin ciddi olub-olmadığını bilmədiyini deyib.

“Biz onların ciddi-olub olmadığını bilmirik. Onlar deyirlər ki, ciddidirlər. Biz bunu yoxlamağa davam edəcəyik. ”,- ABŞ-ın ali diplomatı qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar