SON XƏBƏRLƏR

 Rəsmi etiraf: İran rejimi 180 ölkəyə şiəliyi yayır – “Qlobal layihə”nin pərdəarxası

2026.02.16, 22:39
 Rəsmi etiraf: İran rejimi 180 ölkəyə şiəliyi yayır – “Qlobal layihə”nin pərdəarxası

Gunaz.tv

İran rejiminin ali dini qurumlarından biri olan Hövzə İdarəsinin rəhbəri Əlirza Ərafi açıq şəkildə etiraf edib ki, “hazırda dünyanın demək olar bütün ölkələrində – təxminən 170-180 ölkədə – inqilabdan sonra yetişdirilmiş ruhani kadrlar tərəfindən şiəlik və islam maarifi təbliğ olunur”.

Qum şəhərində keçirilən tədbirdə çıxış edən Ərafi bildirib ki, bu miqyasda dini fəaliyyət 1979-cu ildən əvvəl mövcud olmayıb və bunu “inqilabın bərəkəti” adlandırıb. O, həmçinin iddia edib ki, dünya ictimaiyyəti “məhdəviyyət və Əhli-beyt maarifi”nə böyük maraq göstərir.

Ərafi 2016-cı ildən etibarən ölkə üzrə dini hövzələrin rəhbəridir. O, daha əvvəl xarici tələbələrin hazırlanması və müxtəlif ölkələrə göndərilməsi ilə məşğul olan “Cameətül-Mustafa əl-Aləmiyyə” qurumuna rəhbərlik edib. Bu qurumun əsas fəaliyyəti qeyri-iranlı din xadimlərini yetişdirərək müxtəlif ölkələrdə ideoloji şəbəkə formalaşdırmaqdır.

Tənqidçilər bu prosesi rejimin “inqilab ixracı” siyasətinin davamı kimi qiymətləndirirlər. Onların fikrincə, dövlət büdcəsi hesabına minlərlə ruhani yetişdirilərək xaricə göndərilməsi, ölkə daxilində dərin iqtisadi və sosial böhran yaşandığı bir dövrdə ciddi suallar doğurur.

Siyasi müşahidəçilər xəbərdarlıq edirlər ki, dini-ideoloji təsirin sistemli şəkildə başqa ölkələrə daşınması regional gərginlikləri artıra, məzhəb qarşıdurmalarını dərinləşdirə və İranın xarici əlaqələrini daha da mürəkkəbləşdirə bilər.

Ərafın “demək olar bütün dünya ölkələrində fəaliyyət” barədə açıq bəyanatı göstərir ki, rejimin dini təsir dairəsini genişləndirmə strategiyası hələ də rəsmi siyasətin əsas istiqamətlərindən biridir.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar