SON XƏBƏRLƏR

Təcili | Tramp danışıqlarda “dolayı yolla” iştirak edəcək

2026.02.17, 06:53
Təcili | Tramp danışıqlarda “dolayı yolla” iştirak edəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton ilə Tehran arasında nüvə proqramı ilə bağlı çərşənbə axşamı Cenevrədə keçiriləcək danışıqlarda o, “dolayı yolla” iştirak edəcək.

Gunaz.tv

O, həmçinin qeyd edib ki, onun fikrincə, Tehran bu dəfə razılaşma əldə etməkdə maraqlıdır.

Tramp 16 fevral 2026-cı il tarixində prezidentin xüsusi təyyarəsində (Air Force One) jurnalistlərə açıqlamasında deyib: “Mən o danışıqlarda dolayı şəkildə iştirak edəcəyəm. Bu danışıqlar çox mühüm olacaq.”
O əlavə edib: “Düşünmürəm ki, onlar razılaşma əldə etməməyin nəticələrini yaşamaq istəsinlər.”

Bu açıqlamalar ABŞ ordusunun danışıqların uğursuz olacağı halda uzunmüddətli hərbi kampaniya ehtimalına hazırlaşdığı bir vaxtda səsləndirilib. Keçən yay ABŞ İranın nüvə obyektlərini bombardman etmişdi.

Tramp bu barədə deyib: “Razılaşma əldə edə bilərdik. Amma onların nüvə potensialını məhv etmək üçün B-2 bombardmançılarını göndərməli olduq.”

O, hücumlarda iştirak edən radargörünməz B-2 təyyarələrinə istinad edərək, Tehranın bu dəfə “daha məntiqli” davranacağına ümid etdiyini bildirib.

Eyni zamanda Hörmüz boğazında keçirilən hərbi təlimlər və hərbi təhdidlərin kölgəsi danışıqların üzərinə düşür. Cenevrə görüşü Vaşinqton ilə Tehran arasında qarşıdurmada həlledici mərhələyə çevrilə bilər. Bu qarşıdurmanın nəticələri yalnız İran daxilində yaşayan insanlar üçün deyil, həm də qlobal enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar