SON XƏBƏRLƏR

Şahçılar mağazasına “Aslan və Günəş” bayrağı asılmasına qarşı çıxdığı üçün bir Əfqanıstan vətəndaşını öldürdülər

2026.02.17, 14:39
Şahçılar mağazasına “Aslan və Günəş” bayrağı asılmasına qarşı çıxdığı üçün bir Əfqanıstan vətəndaşını öldürdülər

Sepide Restoranı adlı məkanın 43 yaşlı sahibi Mürtəza Sadiqi Hamburq şəhərində Rza Pəhləvi tərəfdarı olan şəxslərlə mübahisədən sonra bıçaqlı hücum nəticəsində həyatını itirib.

Gunaz.tv

Almaniya mediası xəbər verib ki, mübahisə əvvəlcə restoranın içində başlayıb, hadisədən sonra zərərçəkən xəstəxanaya aparılsa da aldığı ağır xəsarətlər səbəbindən orada ölüb.

Cinayəti törədən şəxslərin hələ də axtarışda olduğu bildirilir.

Qeyd edək ki, Ava Xəbər Agentliyi yazıb ki, Sadeghi Əfqanıstan vətəndaşı olub və dava onun restoranında “Aslan və Günəş” bayrağının asılmasına etiraz etməsindən sonra başlayıb.

Alman polisi qətli təsdiqləyərək hadisənin motivi və başvermə şəraiti ilə bağlı araşdırmalara başladığını açıqlayıb.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar