SON XƏBƏRLƏR

Zənginləşdirilmiş uran Rusiyaya verilsinir - İran razılaşıb

2026.02.18, 10:00
Zənginləşdirilmiş uran Rusiyaya verilsinir - İran razılaşıb

İran nümayəndə heyəti ABŞ-la danışıqlarda uran zənginləşdirməsini dayandırmağa, ehtiyatlarının bir hissəsini Rusiya və ya başqa bir ölkəyə köçürməyə və Amerika tərəfi ilə işgüzar münasibətlər qurmağa hazır olduğunu bildirib.

Gunaz.tv

Bu barədə "Vol Strit Jurnal" (WSJ) qəzeti İran və Amerika diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Cenevrədə İran və Amerika nümayəndə heyətləri arasında görüş baş tutub.

İran nümayəndələri həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə də müzakirə aparıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar