SON XƏBƏRLƏR

İran ABŞ üçün investisiya və ticarət təşviqləri təklif edib

2026.02.18, 15:06
İran ABŞ üçün investisiya və ticarət təşviqləri təklif edib

Cenevrədə keçirilən nüvə danışıqlarında İslam Respublikası ABŞ-a maliyyə təşviqləri, investisiya və ticarət imkanları təklif etməklə Vaşinqtonun diqqətini cəlb etməyə çalışıb.

Gunaz.tv

Bu barədə "New York Times" üç İran rəsmisinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan üç İran rəsmisi bildiriblər ki, danışıqlarda İslam Respublikası uranın zənginləşdirilməsini üç ildən beş ilə qədər dayandırmağa hazır olduğunu bildirib və bundan sonra İran mülki zənginləşdirmə üzrə regional konsorsiuma qoşulacaq.

Rəsmilərin sözlərinə görə, İran həmçinin ölkə daxilində və beynəlxalq müfəttişlərin iştirakı ilə uran ehtiyatını azaltmağı təklif edib və bunun müqabilində Tehran ABŞ-ın maliyyə və bank sanksiyalarının ləğvini və neft satışına qoyulan qadağanın dayandırılmasını tələb edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar