SON XƏBƏRLƏR

İran şagirdlərdən canlı müdafiə qalxanı kimi istifadə etmək istəyir

2026.02.20, 13:03
İran şagirdlərdən canlı müdafiə qalxanı kimi istifadə etmək istəyir

ABŞ-in bölgəyə geniş hərbi qüvvə toplaması və İrana hücum ehtimalının artması Tehran hökumətini təşvişə salıb və rəsmilər bunun qarşısını almaq və ya gecikdirmək üçün mümkün variantlara əl atmağa başlayıblar.

Gunaz.tv

Bu qəbildən olan variantlardan biri də mülki əhali, tələbələr və məktəblilərdən canlı müdafiə qalxanı kimi istifadə etmək cəhdidir.

İran Təhsil Nazirliyi yaydığı bildirişdə martın 20-ə (29 isfənd) kimi bütün təhsil ocaqlarının fasiləsiz fəaliyyət göstərməsi barədə göstəriş verib.

Bildirişə əsasən, universitetlər, məktəblər və həttta uşaq bağçaları da qeyd olunan müddətə kimi açıq olmalı, bütün təhsil işçiləri və təhsil alanlar hər gün təhsil ocaqlarında hazır olmalıdırlar.

Dərsdən yayınlanlarn imtahanlara buraxılmayacağı barədə xəbərdarlıq edilib, valideynlərin də bununla bağlı cavabdehlik daşıdıqları bildirilib.

İran-İraq müharibəsi zamanı, İraqın İranın raket və hava hücumlarına cavab əməliyyatları vaxtı da Tehran rejimi oxşar metoddan istifadə edib.

Hava hücumundan müdafiə sistemlərini təhsil ocaqları ərazisində və ya onların yaxınlığında yerləşdirən İran hökuməti, şagirdlərdən canlı insan qalxanı kimi yararlandığı üçün, bu yüzlərlə məktəblinin ölümünə səbəb olub.

Buna nümunə kimi 17 yanvar 1987-ci ildə Təbriz universtetinin hədəf alınmasını göstərmək olar.

Universitet ərazisində sursat istehsal edən Tehran hökuməti tələbələrin tətilə buraılmasına icazə vermədiyinə görə, İraqın hərbi hədəf kimi bombardımanı nəticəsində 22 tələbə həyatını itirib, 8 nəfər yaralanıb.

Bəzi ehimallara görə, İran hökumətinin indi də oxşar varianta əl atması həm də Amerikaya qarşı əks-təbliğat üçün planlaşdırdığı əməliyyatın tərkib hissəsi ola bilər.

Belə ki, bundan əvvəl də təcrübə edildiyi kimi, rejim bir neçə məktəbi hədəf alaraq, bunun Amerikanın hücumu  olduğunu iddia edib, ictimaiyyət arasında və beynəlxalq səviyyədə Vaşingtona qarşı kampaniya başlada bilər.

GünazTV  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar