SON XƏBƏRLƏR

İran məhkəməsi 26 etirazçı barədə ölüm hökmü çıxarıb

2026.02.20, 14:53
İran məhkəməsi 26 etirazçı barədə ölüm hökmü çıxarıb

İranda ötən ay baş verən etiraz aksiyalarında iştirak etdiklərinə görə ən azı 26 etirazçı ölüm cəzasına məhkum edilib. 

Gunaz.tv

Bu barədə Norveçdə yerləşən "Iran Human Rights" hüquq-müdafiə təşkilatı məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı yetkinlik yaşına çatmayan şəxslər daxil, yüzlərlə etirazçı isə ölüm cəzası nəzərdə tutulan cinayətlərdə ittiham olunurlar. 

Hüquq müdafiəçilərinin sözlərinə görə, təqsirləndirilən şəxslər və onların ailələri bu məlumatların ictimaiyyətə açıqlanmaması üçün təzyiq və təhdidlərlə üzləşirlər.

Bildirilir ki, fevralın 16-da İranın məhkəmə hakimiyyətinin rəhbəri "iğtişaş və terror aktlarının əsas günahkarlarını təqib etmək və cəzalandırmaq" əmri verildiyini təsdiqləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar