SON XƏBƏRLƏR

Tramp Vaşinqtonda “Sülh Şurası”nda: Azərbaycan adını deməyi sevirəm (Video)

2026.02.20, 21:58
Tramp Vaşinqtonda “Sülh Şurası”nda: Azərbaycan adını deməyi sevirəm (Video)

Gunaz.tv

Vaşinqtonda keçirilən ilk “Sülh Şurası” iclasında ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Prezident İlham Əliyev haqqında diqqətçəkən fikirlər səsləndirib. 

O, çıxışında bildirib: “İlham Əliyev, Azərbaycan Prezidenti… İndi bu adı deməyi sevirəm. Əvvəllər bir az çətin idi, amma indi deməkdən zövq alıram. Çox gözəl addır.”

Məlumata görə, iclas çərçivəsində İlham Əliyevlə Donald Tramp arasında görüş də baş tutub. Görüşdə regional təhlükəsizlik, enerji əməkdaşlığı və Cənubi Qafqazda sabitlik məsələləri müzakirə olunub.

Tramp sonda Azərbaycanın rolunu yüksək qiymətləndirərək təşəkkürünü bildirib. Bu açıqlamalar ictimaiyyətdə geniş əks-səda doğurub.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar