SON XƏBƏRLƏR

Zelenski: ABŞ və Rusiya müharibəni dayandırmaq üçün Donbasın verilməsini tələb edir

2026.02.21, 06:20
Zelenski: ABŞ və Rusiya müharibəni dayandırmaq üçün Donbasın verilməsini tələb edir

Gunaz.tv

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ABŞ və Rusiya sülh danışıqları çərçivəsində Kiyevdən müharibənin dayandırılması üçün Donbasın Moskvaya verilməsini tələb edirlər.

“France24” telekanalının məlumatına görə, Zelenski bildirib ki, Vaşinqton və Moskva istənilən mümkün razılaşma çərçivəsində Kiyevə təzyiq göstərərək Donbasdan imtina etməsini istəyirlər.

Zelenski vurğulayıb:
“Əgər müharibənin sabah bitməsini istəyirsinizsə, Donbası tərk edin – bunu həm amerikalılar, həm də rusiyalılar deyirlər.”

Məlumata əsasən, müharibənin dayandırılması ilə bağlı Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında üçtərəfli danışıqların üçüncü raundu fevralın 17-18-də Cenevrədə keçirilib.

Danışıqların detalları açıqlanmayıb. ABŞ və Rusiya rəsmiləri isə Zelenskinin son bəyanatına hələlik rəsmi münasibət bildirməyiblər.

Bu açıqlama, Ukraynanın şərq bölgələrinin taleyi ilə bağlı müzakirələrin danışıqlar prosesində əsas və həssas mövzu olaraq qaldığı bir vaxtda səsləndirilib.


GünAzTv
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar