SON XƏBƏRLƏR

Bəluç fəal işgəncə altında ölüb

2026.02.21, 10:13
Bəluç fəal işgəncə altında ölüb

İranın Sistan və Bəluçistan əyalətinin Mehristan rayonunun təhlükəsizlik təcridxanasında saxlanılan bəluç fəal öldürülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları onun ailəsinə istinadən məlumat yayıb.

Məlumata görə, 19 yaşlı Abdullah Bərki dindirilmə zamanı işkəncə edildiyi üçün həyatını itirib.

Bildirilib ki, təhlükəsizlik məmurları fəal fevralın 18-də həbs edərək təhlükəsizlik təcridxanasına aparıb, fevralın 19-da isə onun ailəsinə ölüm xəbərini veriblər.

Abdullah Bərkinin ailəsi onun baş, sifət nahiyəsində ağır zədələrin olduğunu, ayaq və qabırqalarının qırıldığını bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar