SON XƏBƏRLƏR

Əraqçı etiraz aksiyalarını "terror əməliyyatı" adlandırdı

2026.02.21, 14:06
Əraqçı etiraz aksiyalarını "terror əməliyyatı" adlandırdı

İran xarici işlər naziri Abbas Əraqçı yanvar ayında İölkədə baş verən etiraz aksiyalarını "terror əməliyyatı" adlandırıb.

Gunaz.tv

O, ABŞ prezidenti Donald Trampın İranda etiraz aksiyalarında öldürülənlərin sayı ilə bağlı açıqlamasını təkzib edib.

Əraqçı, bundan əvvəl rəsmi şəkildə elan olunan rəqəmi bir daha təkrar edib və aksiyalarda 200 nəfəri hökumət məmuru olmaqla həlak olan 3171 nəfərin kimliyinin açıqlandığını bildirib.

"Bu məlumatların dəqiqliyini kimsə şübhə altına alırsa o zaman əks arqumenti təsdiq edən dəlillər təqdim etsin",- iranlı nazir əlavə edib.

Bu, ABŞ Prezidenti Donald Trampın İran etirazlarında 32 min nəfərin öldürüldüyü ilə bağlı açıqlamasından sonraya təsadüf edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar