SON XƏBƏRLƏR

Yaponiya vətəndaşlarına çağırış etdi: İranı tərk edin

2026.02.21, 14:28
Yaponiya vətəndaşlarına çağırış etdi: İranı tərk edin

Gunaz.tv

Yaponiya Xarici İşlər Nazirliyi ABŞ-nin İrana mümkün hərbi zərbəsi ehtimalına işarə edərək, İranda yaşayan Yaponiya vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

Rəsmi Tokionun yaydığı xəbərdarlıqda bildirilib: “Kommersiya reysləri davam etdiyi müddətdə İranı mümkün qədər tez tərk edin.” Nazirlik hava məkanının və hava limanlarının bağlana biləcəyi riskini də vurğulayıb.

Yaponiya eyni zamanda Yaxın Şərqdə baş verə biləcək gözlənilməz hadisələr fonunda 54 ölkə və bölgə üçün regional xəbərdarlıq yayıb.

Bundan əvvəl İsveç, Almaniya və Polşa da vətəndaşlarına İranı tərk etməklə bağlı oxşar çağırış etmişdilər.


GünAzTV

R.G

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar