SON XƏBƏRLƏR

“Sabah”: Azərbaycan və Türkiyə orduları ortaq taleyin birləşdirdiyi gücdür

2026.02.22, 16:12
“Sabah”: Azərbaycan və Türkiyə orduları ortaq taleyin birləşdirdiyi gücdür

Gunaz.tv

Türkiyənin “Sabah” qəzeti yazır ki, 44 günlük Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da güclənib.

Məqalədə qeyd olunur ki, iki qardaş ölkənin Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordular kimi dəyərləndirilir. “Bir millət, iki dövlət” prinsipi çərçivəsində Şuşa Bəyannaməsinin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdiyi vurğulanır.

Yazıda həmçinin Azərbaycan və Türkiyə orduları arasında keçirilən çoxsaylı birgə təlimlərə və hərbi əməkdaşlıq proqramlarına diqqət çəkilir.

Türkiyə mediasının bu mövzuya xüsusi yer ayırması iki ölkə arasında hərbi-strateji tərəfdaşlığın dərinləşdiyini göstərir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar