SON XƏBƏRLƏR

Pakistan Əfqanıstanı vurdu – Ölənlər və yaralananlar var

2026.02.22, 16:38
Pakistan Əfqanıstanı vurdu – Ölənlər və yaralananlar var

Gunaz.tv

Pakistan Əfqanıstan ərazisində silahlı qruplaşmalara qarşı zərbələr endirdiyini açıqlayıb.

“Reuters”in yaydığı məlumata görə, rəsmi İslamabad son terror hücumlarına, o cümlədən Ramazan ayında baş verən hadisələrə görə Əfqanıstandakı yaraqlıları məsul sayır.

Taliban isə hücumlar nəticəsində onlarla insanın öldüyünü və yaralandığını bildirib. Açıqlamada qadın və uşaqların da zərərçəkənlər arasında olduğu qeyd edilib.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Pakistan ilə Əfqanıstan arasında artan gərginlik regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.

 

GünAzTV

R.G

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar