SON XƏBƏRLƏR

İranla danışıqlar nəticə verməyəcək - DeSantis

2026.02.23, 10:53
İranla danışıqlar nəticə verməyəcək - DeSantis

İslam Respublikası ilə danışıqların uğursuzluğa məhkumdur və nəticə verməyəcək.

Gunaz.tv

Bunu ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis "Fox News"a müsahibəsində deyib.

O, İranın hakimiyyətə gəldiyi gündən bəri terrorizmin sponsoru olduğunu və minlərlə amerikalı vətəndaşın ölümünə səbəb olduğunu söyləyib:

“Mən İraqda idim və xatırlayıram ki, Amerika itkilərinin əksəriyyəti İslam Respublikası tərəfindən dəstəklənən prksi qüvvələrin fəaliyyəti nəticəsində baş verib”.

O, prezidentin İran etirazçılarını dəstəkləmək vədinə işarə edərək, Donald Trampın vəd verərkən verdiyi sözü tutacağına inandığını bildirib:

“Bu, etibarlı bir razılaşma əldə edə biləcəyimiz bir rejim deyil. Onlar istədiyinizi əldə edə biləcəyiniz şəkildə danışıqlar aparmırlar. Bu, cihada inanan bir rejimdir. Onlar bunu istəyirlər. Onlar bizim kimi dünyada sülh və nizam istəmirlər”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar